Bir təsəlli verim sənə…

17 Fevral 2020 01:24 Milli komanda 446
Bir təsəlli verim sənə…

Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Holştayn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Nazarov da bu matçın iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da Dmitri vurub. O, 70-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.

22 turdan sonra 30 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti