AFFA qovduğu adama yenidən iş verdi

16 Fevral 2020 09:14 Milli komanda 1 044
AFFA qovduğu adama yenidən iş verdi

Milli komandaların keçmiş baş inzibatçısı İslam Abbasov yenidən futbol sferasına qayıdıb.

Sportinfo.az-ın məlumatına görə, o, əsas yığmanın meneceri postunda Zaur Hacı-Məhərrəmovu əvəzləyib.

Abbasov 1 il idi ki, bu sahədən tamamilə uzaq düşmüşdü. Bir ara «Kəpəz»in Müşahidə Şurasının sədr müavini postunu tutan İslam bəy hətta «Neftçi»də işləməyə vaxt tapıb.

2016-2017-ci illərdə bakılıların əsas komandasının rəisi vəzifəsini icra edib. O, Qurban Qurbanovun istefaya göndərilməsindən az sonra AFFA tərəfindən millidən kənarlaşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!