Renat - Portuqaliyalı məşqçinin bəyəndiyi 5 gəncdən biri

15 Fevral 2020 17:08 Milli komanda 859
Renat - Portuqaliyalı məşqçinin bəyəndiyi 5 gəncdən biri

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov tezliklə Premyer Liqa matçında "Vulverhempton"un "18-liy"ində yer ala bilər.

Sportinfo.az xəbər verir ki, komanda çempionatda növbəti oyununu fevralın 23-də "Norviç"ə qarşı keçirəcək.

Dadaşovun dünən Premyer Liqanın XXVI turu çərçivəsində "Lester"lə keçirilən görüşdə (0:0) "18-liy"ə salınması gündəmdə olub.

Ancaq futbolçunun U-23 komandasının heyətində bir neçə gün əvvəl meydana çıxdığını nəzərə alan məşqçilər onu riskə atmaq istəməyiblər. Lakin qarşıdakı görüşlərdə millimizin üzvü Raul Ximenesin alternativi qismində heyətə cəlb oluna bilər.

Əsas komandanın çalışdırıcısı Nuno Espintonun Renatla bağlı fikri müsbətdir. Portuqaliyalı məşqçinin şəxsi nəzarəti alıtna düşən 5 gəncdən biri odur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!