COP29

Azərbaycanlı hücumçu Avropanın iki məşhur klubundan birinə keçir?

15 Fevral 2020 13:12 Milli komanda 1 684
Azərbaycanlı hücumçu Avropanın iki məşhur klubundan birinə keçir?

İngiltərə mətbuatında “Vulverhempton” U23 komandasının futbolçuları barədə məqalə dərc olunub.

Sportinfo.az xəbər verir ki, “Theatletic.com” saytı heyətdəki oyunçuların performansını dəyərləndirib.

Millimizin üzvü Renat Dadaşovun da formasını geyindiyi komandanın üzvlərinin yaxın vaxtda Avropanın aparıcı liqalarında çıxış edəcəyi bildirilib:

“Qurdlar”ın heyətində kifayət qədər istedadlı futbolçular var. Komandanın çıxışı olduqca təqdirəlayiqdir. Onların bəziləri Avropanın aparıcı liqalarında mübarizə apara bilərlər. Biz qısa vaxtda bu oyunçuları PSJ, “Bavariya” kimi komandaların heyətində görə bilərik”.

Renat Dadaşov son oyunlarda “Liverpul” və “Birmingem” U23 komandalarına vurduğu qollarla heyətin əsas üzvlərindən birinə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!