Azərbaycanda belə bir komanda olmayacaq - İMTİNA!

13 Fevral 2020 13:26 Milli komanda 1 099
Azərbaycanda belə bir komanda olmayacaq - İMTİNA!

Azərbaycanın U-23 millisinin yaradılması ideyası qəbul edilməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov "Azərbaycan Radio"suna müsahibəsində bildirib.

O, bununla bağlı konkret qərar verildiyini deyib: “İcraiyyə Komitəsinin iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi.

Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23 milli yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır.

Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuzda Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.

Digər Xəbərlər
Xəbər Lenti