Qurban Qurbanov Elxan Məmmədova sərf etmir: ONUN NAMİZƏDLƏRİ

13 Fevral 2020 10:24 Milli komanda 1 205
Qurban Qurbanov Elxan Məmmədova sərf etmir: ONUN NAMİZƏDLƏRİ

“Millinin baş məşqçisi postuna müxtəlif ölkələrdən 30-a yaxın namizədimiz var idi.

AFFA İcraiyyə Komitəsi üzvləri bu həftə bizə öz fikirlərini bildirəcəklər. Onların bizdən və yeni məşqçidən nə gözlədikləri önəmlidir”.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

“Azərbaycan Radio”sunun qonağı olan Məmmədov milli komandanın baş məşqçi postuna namizədlərlə bağlı işlərin davam etdiyini söyləyib.

O, siyahıda adları olan bir neçə mütəxəssisin təmsil etdikləri ölkələri açıqlayıb: “Şərqi Avropadan 5, eyni zamanda Ukrayna, Rusiya, Almaniya, Türkiyə, İrlandiya kimi ölkələrdən namizədlər var”.

Məmmədov namizədlər sırasında yerli məşqçinin olmadığını da əlavə edib: “Bilirsiniz, bu gün Azərbaycanda ən yaxşı yerli məşqçi Qurban Qurbanovdur. Amma onun klubu ilə müqaviləsi davam edir. Üstəlik, bu yaxınlarda bizimlə işləyib.

Milli komanda ancaq beynəlxalq oyunlarda təmsil olunur. Bizə beynəlxalq təcrübəsi olan məşqçi lazımdır. Qurban müəllim bu baxımdan ən ideal variant idi, çünki böyük təcrübəsi var. İcraiyyə Komitəsi üzvləri beynəlxalq təcrübəsi olan başqa yerli məşqçi tanıyırlarsa, təklif edə bilərlər”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı