"Açığı, ötənmövsümkü komanda tamam fərqli idi" - NARAHATDIR

12 Fevral 2020 16:56 Milli komanda 757
"Açığı, ötənmövsümkü komanda tamam fərqli idi" - NARAHATDIR

Millimiz hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Foneks Risinq”in baş məşqçisi Rik Şans komandasının hazırkı heyətindən nigaran olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, amerikalı mütəxəssis hücum xəttinin daha da güclü olmasını istədiyini bildirib:

“Açığı, ötən mövsümkü komanda tamam fərqli idi. Xüsusən hücum xəttini önə çıxara bilərəm. Onların səviyyə baxımından daha üstün olduqlarını gizlətməyəcəm.

Müdafiə üçün də eyni sözləri deyə bilərəm. Daha aqressiv və hazır idilər. Bu il isə hələ çox çalışmalıyıq. Hansı səviyyəyə gələcəyimizi zaman göstərəcək”.

Rüfət Daddaşov Amerika təmsilçisi ilə bir illlik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!