"Onun Azərbaycan millisini çalışdırması doğru olmaz"

12 Fevral 2020 12:16 Milli komanda 1 433
"Onun Azərbaycan millisini çalışdırması doğru olmaz"

Türkiyənin tanınmış idman yazarı Mehmet Demirkol Abdullah Avcının karyerası ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, tanınmış ekspert türkiyəli mütəxəssisin milli komanda çalışdırmasının yanlış olduğunu bildirib:

“Avcı birləşdirici, kolektiv oyun qurmağa çalışan bir məşqçidir. Bu isə davamlı işləmək və zamana ehtiyac duyan bir fəlsəfədir. Məncə, milli komanda çalışdırmaq onun üçün doğru olmaz. Üslubuna ziddir.

Ötən mövsüm “Sevilya” Avcı ilə çox ciddi maraqlanmışdı. Əgər maliyyə problemi olmayan və onun istədiyi heyəti qura bilən bir komanda olarsa, Avcı mütləq uğur qazanacaq bir məşqçidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti