Orada bir azərbaycanlı var - Ən təhlükəli hücumçular

12 Fevral 2020 12:30 Milli komanda 1 091
Orada bir azərbaycanlı var - Ən təhlükəli hücumçular

ABŞ-ın ikinci liqasında yeni mövsüm öncəsi komandaların hücum xətti ilə bağlı araşdırma aparılıb.

Sportinfo.az xəbər verir ki, hücumu ən təhlükəli olan komanda Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rizinq” göstərilib.

Yerli KİV ötən mövsüm ən çox qol vuran komandalardan olan “Finiks Rizinq”in ön xəttini indi rəqiblər üçün daha təhlükəli sayır: “Arizona ştatının komandası qışda Santi Moar və Rüfət Dadaşov kimi hücumçuları transfer etdi.

Moarla müqayisədə Dadaşovun beynəlxalq təcrübəsi daha çoxdur. Solomon Asante və Junior Flemminqsin də komandada olduğunu nəzərə alsaq, “Finiks Rizinq” yeni mövsümün ən təhlükəli hücum xəttinə malikdir”.

Həmçinin azarkeşlər arasında bununla bağlı sorğu da keçirilib. Fanatların fikrincə, 19% səs toplayan “Finiks Rizinq” hücumu ən güclü olan ikinci komandadır.

MLS-2-yə gələn ay start veriləcək. “Finiks Rizinq” ilk oyununu martın 8-də “Portlend 2” komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"