ABŞ saytı azərbaycanlı oyunçunun transferinə qiymət verdi

11 Fevral 2020 19:42 Milli komanda 1 284
ABŞ saytı azərbaycanlı oyunçunun transferinə qiymət verdi

ABŞ-ın ikinci liqası - USL çempionatının rəsmi saytı "Feniks Rizinq"in millimizin futbolçusu Rüfət Dadaşovu transfer etməsini şərh edib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı bildirilib:

"Əsrin ən yaxşı mövsümündən sonra nə edəcəksiniz? Əgər siz "Feniks Rizinq"sinizsə, daha artığına cəhd edəcəksiniz. Komanda 2019-cu ildə 89 qol vurdu, ancaq indi çətin olacaq.

Xüsusilə, Adam Yan bu mövsümün ortasında "Atlanta Yunayted"ə yola düşdü, amma görünən odur ki, onun yerini Azərbaycan millisinin üzvü Rüfət Dadaşov yaxşı şəkildə əvəzlədi.

Solomon Asante və Cunior Flemminqlə birlikdə hücumu yüksək səviyyədə saxlamaq üçün klub "Nyu Meksiko"dan Santi Moarı aldı".

Digər Xəbərlər
Xəbər Lenti