"Hürriyet" Sportinfo.az-ın sensasion Avcı xəbərini doğruladı

11 Fevral 2020 14:50 Milli komanda 1 023
"Hürriyet" Sportinfo.az-ın sensasion Avcı xəbərini doğruladı

“Beşiktaş”ın sabiq baş məşqçisi Abdullah Avcının karyerasını Azərbaycanda davam etdirə biləcəyi barədə günlər öncə yazdığımız xəbər hələ də Türkiyə mediasının diqqət mərkəzindədir.

«Milliyet»dən sonra «Hürriyet» də ilk dəfə Sportinfo.az-ın tirajladığı məlumatın «izinə düşüb» (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/77460.html)..

Türkiyənin məşhur nəşri bildirib ki, AFFA rəhbərliyi Abdullah Avcı ilə görüş keçirib. Federasiya r56 yaşlı mütəxəssisi millimizin başına gətirmək istəyir. Avcı hələlik təklifi qəbul etməyib. Onun yaxın günlərdə son qərarını verecəyi bildirilir.

Abdullah Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb. O, 2011-13- cü llərdə Türkiyə millisini çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti