Komandasını xilas edən azərbaycanlı gənc - VİDEO

11 Fevral 2020 10:38 Milli komanda 827
Komandasını xilas edən azərbaycanlı gənc - VİDEO

İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Birmingem”in U-23 kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da Renat vurub.

Millimizin forvardı 75-ci dəqiqədə vurduğu qolla “Vulverhempton”u məğlubiyyətdən xilas edib və yekun nəticəni müəyyənləşdirib. H qrupunda yer alan və keçirdiyi 4 oyuna 8 xal toplayan “Vulverhempton” birinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti