“İlk dəqiqələrdən rəqibin təzyiqini qıra bilmədik. Komandanın performansında artım olmalıdır”
Sportinfo.az xəbər verir ki, bu sözləri “Erzgebirge”də çıxış edən Azərbaycan milli komandasının üzvü Dmitri Nazarov səfərdə “Ştutqart”a məğlub olduqları (0:3) oyundan sonra deyib.
Aue təmsilçisi 21 turdan sonra 30 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb. O, daha sonra belə davam edib:
“İkinci hissə nələrisə dəyişmək olardı. Ancaq etdiyimiz səhvlər buna mane oldu. Bu səhvlər ev sahibi komandaya yaxşı imkanlar verdi.
Düzdür, ara-sıra irəlı çıxıb hesabı dəyişmək üçün cəhdlər edirdik. Ancaq etiraf edək ki, bu cəhdlər qələbə üçün kifayət deyildi. Belə davam edə bilmərik”.

