Elxan Məmmədovun üzünə söylədilər: "Millini bizə tapşırın"

9 Fevral 2020 13:26 Milli komanda 1 518
Elxan Məmmədovun üzünə söylədilər: "Millini bizə tapşırın"

AFFA-nın yanvarın 28-də keçirilən Konfransında yığmanın yeni baş məşqçisi ilə bağlı sualı cavablayan icraçı vitse-prezident Elxan Məmmədov boş qalan posta 32 namizədin olduğunu bildirmişdi.

O, namzədlər arasında həm yerli, həm də əcnəbi mütəxəssislərin yer aldığını deməklə yanaşı, İcraiyyə Komitəsinin növbəti toplantısına qədər siyahının qısalacağını da vurğulamışdı.

Bu yerdə onu da qeyd edək ki, “32-lər” siyahısında yer alanlardan Oleq Kononov artıq özünə yeni iş yeri tapıb. Moskva “Spartak”ının sabiq çalışdırıcsı Latviya təmsilçisi “Riqa”nın sükanı arxasına keçib.

Namizədlərdən Çezare Prandelli, Luici Di Byaco və Canni De Byazi “üçlüy”ündən biri isə İtaliya A seriyasında çıxış edən “Breşiya”nın baş məşqçisi olmağa yaxındı.

AFFA-da sözügedən məsələ barədə müzakirələr olub. Məşqçilər Komitəsinin üzvləri yığmanı çalışdırmağa namizədlərlə bağlı fikir mübadiləsi aparıblar.

Sportinfo.az-ın məlumatına görə, Elxan Məmmədov da komitənin təmsilçiləriylə görüşüb, təxminən 2 saatlıq müzakirə aparıb. İcraçı vitse-prezident əcnəbi namizədə üstünlük verdiyini, bununla belə, üzvlərin fikrinin ona maraqlı gəldiyini söyləyib.

Komitənin sədri Vaqif Sadıqov Nikola Yurçeviçdən sonra yığmanı türkiyəli məşqçilərə əmanət etməyin doğru olacağını bildirib, hazırda «Fənərbaxça»nı çalışdıran ErsunYanalın adını çəkib.

Ağasəlim Mircavadov istənilən yerli mütəxəssisin millini düşdüyü vəziyyətdən çıxara bilməyəcəyini deyib. Son olaraq 2010-cu ildə «Xəzər Lənkəran»ın sükanı arxasında dayanmış Mircavadov vurğulayıb ki, üstünlük təcrübəli məşqçiyə veriliməlidir.

Şakir Qəribov isə yerli variantı üzərində dayanıb. Bu zaman Elxan Məmmədov ondan fikrini konkretləşdirməsini istəyib, «yerli kimə deyirsiz: burada əyləşən şəxslər, yoxsa klublarda işləyənləri» deyə, sual verib.

Qəribov cavabında «yığmanı Məşqçilər Komitəsinin üzvlərindən birinə tapşırmaq olar» söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti