AFFA-nın nümayəndə heyətinin gözlənilmədən Türkiyəyə gizli səfər etməsi barədə dünən oxucularımıza xəbər vermişdik (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/77460.html).
İcraçı vitse-prezident Elxan Məmmədovla yanaşı, yeni vitse-prezident Vaqif Sadıqovun qonşu ölkəyə yollanmasını bildirmişdik.
AFFA hələlik bu səfərlə bağlı heç bir rəsmi açıqlama yaymayıb. Hətta federasiyanın mətbuat xidmətinin qeyri-rəsmi «mirzəxanlar»ı da xəlvətə çəkilib.
Sportinfo.az-ın yaydığı məlumat artq Türkiyə mediasında ciddi rezonans doğurub.

Ölkənin ən böyük qəzetlərindən biri olan «Milliyet» saytımıza istinad edərək, «Böyük sürpriz! Azərbaycan Abdullah Avcı üçün gəldi» başlığı ilə xəbərimizi manşetə çıxarıb.
Yazıda o da bildirilib ki, təcrübəli mütəxəssis AFFA ilə anlaşarsa, bundan «Beşiktaş» da irəli düşəcək. Çünki İstanbul klubu müqaviləsinə birtərəfli qyadada xitam verdiyi baş məşqçiyə yeni iş tapanadək hər ay 1 milyon lirə təzminat ödəməlidir.

