Rövnəq Abdullayevdən çox maraqlı və yerində addım!

7 Fevral 2020 16:14 Milli komanda 2 934
Rövnəq Abdullayevdən çox maraqlı və yerində addım!

AFFA prezidenti Rövnəq Abdullayev millinin yeni baş məşqçisinin müəyyənləşdirilməsi ilə bağlı xüsusi tapşırıq verib.

Sportinfo.az-ın məlumatına görə, federasiya baş məşqçisi seçim zamanı səhvə yol verməyin artıq bağışlanmaz olacağını bildirib.

«Nikola Yurçeviç ümidlərimizi doğrultmadı. O, bura gələndə başqa vədlər vermişdi, gedəndə isə problemləri sadaladı, özünü sığortalamağa çalışdı.

Bunları biz də bilirik, biz də görürük. Milliyə indi işküzar və bacarıqlı məşqçi lazımdır. Onları yalnız ölkə xaricində axtarmayın. Azərbaycanın özündə də yaxşı mütəxəssislər var.

Bu məşqçilərin də adlarını namizədlər siyahısına salın. Hələ vaxt var, tələsmək lazım deyil. Namzədləri hərtərəfli götür-qoy etməliyik, adlara fikir verməməliyik» - o, AFFA rəsmilərinə belə deyib..

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti