COP29

Emin Mahmudov Ramil Şeydayevlə arasında olan söhbəti açdı

6 Sentyabr 12:40 Milli komanda 4 217
Emin Mahmudov Ramil Şeydayevlə arasında olan söhbəti açdı

“İsveçlə Bakıda keçirilən əvvəlki matçda erkən qollar vurmuşduq, ona görə də rahat oynamışdıq.

İndi isə qol epizodlarımızı dəyərləndirə bilmədik və bu səbəbdən də çətinliklə üzləşdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının ilk turunda Bakıda İsveçə 1:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O qeyd edib ki, rəqibin təzyiqindən çıxa bilməyiblər:

“Rəqibin gücü məlumdur. İsveç millisinin heyətində yüksək səviyyəli futbolçular var.

Biz isə qol vura bilməyəndə çətinliklə üzləşirik. Rəqibin təzyiqindən çıxa bilmədik”.

Mahmudov penalti zərbəsini onun deyil, Ramil Şeydayevin yerinə yetirməsinə belə aydınlıq gətirib:

“Daha əvvəl Ramil də penalti vurub. O epizodda isə xahiş etdi, mən də topu ona verdim, problem yoxdur”.

Millimizin kapitanı sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçiriləcək matç barədə də danışıb:

“Artıq İsveçlə oyunu unutmalıyıq. Qarşıdakı matçı fikirləşməliyik.

Bizim üçün vacib oyundur. Slovakiya millisi də güclü rəqibdir. Çalışacağıq ki, səfərdə yaxşı nəticə qazanaq”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...