COP29

“Görünür, ya Rövnəq Abdullayevə imkan vermirlər, ya da çəkinir” - VİDEO

30 Noyabr 2023 23:00 Milli komanda 1 508
“Görünür, ya Rövnəq Abdullayevə imkan vermirlər, ya da çəkinir” - VİDEO

“Millinin baş məşqçisi ilə bağlı qərar kollektiv şəkildə verilməli deyil”.

Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində yığmanın baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi prinsipi haqda danışıb.

Tanınmış teleşərhçi bildirib ki, AFFA İcraiyyə Komitəsinin üzvləri seçim prosesində əsas yükü öz üzərinə götürməlidir:

“Qərarı bir nəfər verməlidir. Icraiyyə Komitəsinin hər bir öz fikrini söyləməli, onu əsaslandırmalı,

AFFA prezidenti də hamını dinləyəndən sonra qərarını verməlidir. Neçə ildir deyirlər ki, baş məşqçini İcraiyyə Komitəsi seçir.

Belə olmamalıdır. Konkret bilinməlidir ki, bu məşqçiləri kim gətirib. Məsuliyyəti kimsə öz üzərinə götürməlidir. Görünür ki, ya ona imkan vermirlər, ya da çəkinir.”

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"