Azərbaycan millisi Bakıda Gürcüstana məğlub oldu

4 Avqust 2021 02:00 Milli komanda 655
Azərbaycan millisi Bakıda Gürcüstana məğlub oldu

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan yığmasının heyətində 74-cü dəqiqədə Vüsal Əliyev, 90-cı dəqiqədə isə Mahmud Ağayev fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti