Bu şəxslər Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama

5 Avqust 2020 00:56 Maraqlı 1 123
Bu şəxslər Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama

Sportinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Bakıdan rayona gedənlərlə bağlı daha bir məlumat yayıb.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək.

Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur: "Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək.

Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaq. Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir".

Digər Xəbərlər
Xəbər Lenti