Abramoviçin keçmiş həyat yoldaşı milyarderə ərə getdi

19 Yanvar 2020 11:34 Maraqlı 1 260
Abramoviçin keçmiş həyat yoldaşı milyarderə ərə getdi

"Çelsi"nin yəhudi əsilli sahibi, milyarder Roman Abramoviçin keçmiş həyat yoldaşı Darya Jukova ərə gedib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı modelyer yunan biznesmen Stavros Niarxosla ailə həyatı qurub. Cütlüyün toyu İsveçrədəki "Klum” otelində keçirilib.

6,5 milyon dollara başa gələn toyda iştirak edən qonaqlar arasında məşhur dizayner Stella Makkartni, amerikalı aktrisa Keyt Hadson və Böyük Britaniyanın şahzadəsi Biatris iştirak edib.

2003-cü ildə London klubununun səhmlərinin 99 faizini almış Roman Abramoviç Darya Jukovadan 2017-ci ildə ayrılıb. Cütlüyün rəsmi nikahdan iki övladı var.

Digər Xəbərlər
Xəbər Lenti