AFFA-nın baş katibi "Sabahın Ulduzları" matçını izləyib - Şəkil

13:30 Maraqlı 60
AFFA-nın baş katibi "Sabahın Ulduzları" matçını izləyib - Şəkil

Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların U-14 yaş qrupunda 4-cü tur çərçivəsində keçirilən “Sabah” - “Zirə” matçını izləyənlər arasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev də olub.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş katib təşkilati işlərlə yaxından maraqlanıb, könüllülərlə görüşüb, oyunların "CBC Sport" telekanalında və BFF-nin YouTube sosial şəbəkəsində canlı yayımlanması üçün görülmüş işləri yüksək qiymətləndirib.

C.Fərəcullayev BFF prezidenti Tahir Süleymanovla fikir mübadiləsində “Sabahın Ulduzları” layihəsinin ölkəmizdə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalına müvafiq yaş qrupu üzrə milli komandamızın formalaşdırılması üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti