"Keçən il aşağı liqaya düşməklə mübarizə apardıq, amma indi..."

15:20 İngiltərə 112
"Keçən il aşağı liqaya düşməklə mübarizə apardıq, amma indi..."

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi Premyer Liqanın yeni mövsümü ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandada uzunmüddətli layihə qurmaq istədiyini bildirib:

“Bu, mənim “Tottenhem”də ilk əsl mövsümümdür. Keçən il aşağı liqaya düşməklə mübarizə apardıq, amma indi Avropanın ən çətin liqasında uzunmüddətli bir layihə qurmağa başlaya bilərik”.

De Zerbi bu ilin martında “Tottenhem”in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda Premyer Liqada mövsümü 17-ci pillədə başa vurub.

“Tottenhem” yeni mövsümdə, avqustun 22-də Premyer Liqanın ilk turunda səfərdə “Brentford”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti