“Arsenal”ın baş məşqçisi Mikel Arteta, Pep Qvardiolanın “Mançester Siti”dən ayrılmaq qərarından danışıb.
55 yaşlı mütəxəssis 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edirdi.
Ötən mövsüm isə onun üçün “Mançester Siti”də sonuncu olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis dostu və vaxtilə müəllimi olmuş, həm də həmyerlisi olan Qvardiolanın qərarından əvvəlcədən xəbərdar olmadığını, ancaq onun komandadan ayrılacağını hiss etdiyini bildirib:
“Dəqiq bilmirdim, amma bunun mümkünlüyü ilə bağlı bir hissim və müəyyən anlayışım var idi. Belə fikirlər ortaya çıxırdı.
O, bir gün səhər oyanıb ətrafında gördüklərindən ilham ala bilər. Qvardiola bunu 10 il ərzində etdi və indiki dövrdə bu, sadəcə inanılmazdır”.
Qvardiolanın “Mançester Siti”dəki varisi Enzo Mareska olub. “Şəhərlilər” avqustun 16-da İngiltərə superkubokunda “Arsenal”la qarşılaşacaq.
