Rumıniya çempionatında 5-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” bu həftə “Voluntari”nin qonağı olub.
Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb – 2:1.
Oyuna ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə meydana çıxıb.
Bu qələbədən sonra “Petrolul” 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
