“Sabah” birinci, “Qarabağ” üçüncüdür - Avropada ən çox qələbə qazananlar: FOTO

16:20 Bizimkilər 146
“Sabah” birinci, “Qarabağ” üçüncüdür - Avropada ən çox qələbə qazananlar: FOTO

Cari mövsüm avrokubokların təsnifat mərhələsində ən çox qələbə qazanan klubların adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıya “Sabah” başçılıq edir.

Çempionlar Liqasında mübarizə aparan Valdas Dambrauskasın komandası keçirdiyi 6 görüşün 5-də qələbə qazanmaqla liderliyə sahibdir.

Digər təmsilçimiz “Qarabağ” isə 3-cü pillədə qərarlaşan komandaların siyasında yer alıb. Qurban Qurbanovun yetirmələri 3 qələbə ilə bu siyahıya düşüblər.

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva), “Qarabağ” isə Niderlandın “Tvente” komandası ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti