“Qəbələ”ni nə gözləyir - Toy-büsat, yoxsa qara günlər?

17:40 Qəbələ 128
“Qəbələ”ni nə gözləyir - Toy-büsat, yoxsa qara günlər?

Mövsümün ilk oyunları, adətən, bir elə maraqlı keçmir.

Hazırlıq dönəmindən yeni geri qayıtdıqları üçün güc və səviyyə nisbəti açıq nəzərə çarpmır.

Tovuzdakı açılış qarşılaşması istisna olmadı.

Kurban Berdiyevin taktiki baxışlarıyla buxovlanmış «Turan» nəticəyə getməyi bacardısa, ötən mövsüm pley-off oynayaraq Premyer Liqada qalmış «Qəbələ», ümumiyyətlə, heç nə göstərmədi.

Gülməlidir, Kaxaber Sxadadze matçsonrası mətbuat konfransında iddia edib ki, komandasında perspektiv görüb.

Texniki zonanı məğlub tərk eləmiş baş məşqçi bir-iki ağız da özündən danışıb, təcrübəsiylə öyünüb.

Gürcü perspektivdən danışarkən, görən, nəyi nəzərdə tutub? «Qəbələ»nin medallar uğrunda mübarizəyə qoşulmaq potensialınımı, yoxsa çempionatda qalmaq?

Hər halda bunu ondan eşitmək pis olmazdı. Lap deməsə belə, bu, yenə heç nəyi dəyişmir.

«Qəbələ» əslində, qaldığı yerdən yoluna davam edir.

Yenllənmiş heyət, ola bilsin, iki-üç həftəyə komandaya oxşasın, açılışsın, göz oxşasın, sadəcə, meydankənar olayların kökü kəsilməsə, «Qəbələ»ni günəşli günlərin gözləməyəcəyi dəqiqdir.

Hansı komandada anarxiya baş alıb gedirsə, orada nə ruzi olar, nə bərəkət.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti