“Çelsi”nin hücumçusu Liam Delap karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı forvarda İtaliyanın “Komo” klubunun marağı var.
Ancaq futbolçunun Premyer Liqa klublarından təklif gözlədiyi bildirilir.
Delap “Çelsi”yə 2025-ci ildə “İpsviç”dən 30 milyon funt-sterlinq (təxminən 35,1 milyon avro) qarşılığında transfer olunub.
İngiltərəli futbolçu ötən mövsüm 28 matçda meydana çıxıb və 1 qol vurub.
