Səudiyyə Ərəbistanı klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdı

18:40 İngiltərə 102
Səudiyyə Ərəbistanı klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Çelsi”nin vingeri Pedro Neto ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 26 yaşlı futbolçunu 60 milyon avroya satmağa hazırdır.

“Əl-Hilal” tərəfi “Çelsi” ilə də anlaşacağına əmindir. Hazırda klublar arasında danışıqlar davam edir.

Portuqaliyalı futbolçu 2024-cü ilin yayından “Çelsi”nin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 52 matçda iştirak edib, 10 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Neto ilə “Çelsi” arasındakı müqavilənin müddəti 2031-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 60 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti