«Qarabağ» rəhbərliyi Abdullah Zubirə böyük jest edib.
Geridə qalan 8 il ərzində komandanın yolunda göstərdiyi xidmətləri nəzərə alaraq, fransalı vingerin pul ödəmədən klubdan ayrılmasına şərait yaradılıb.
Halbuki onun müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə idi.
34 yaşlı legioner bundan sonra Səudiyyə Ərəbistanında forma geyinəcək.
Azad agent statusu alan sol cinah oyunçusu yerli klublardan biriylə 2 illik müqavilə bağlayıb.
Mərakeş kökənli Fransa vətənşadı öz istəyi ilə «köhlən atlar»la vidalaşıb.
2018-ci ildə «Lans»dan gəlmiş sol cinah oyunçusu ilə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.
Beləcə, bu yay «Qarabağ»ı tərk edən futbolçuların sayı 10-a çatıb.
Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade və Kamilo Duran «Qarabağ»dan gedib.
Zubirlə bağlı hadisə "Qarabağ"ın tarixində ilk deyil. Klubun başbilənləri 2 ay öncə belə bir ehtiramı Kevin Medinaya da göstərib.
Altı il bu formanı geyinmiş kolumbiyalı müdafiəçi təzminat ödəmədən Malayziyaya yollanıb və "Johor Darul Tazim"lə müqavilə bağlayıb.
SPORTİNFO.AZ
