“Qarabağ”ın görünməyən tərəfi - Əslində, nə baş verdi?

19:40 Qarabağ 198
“Qarabağ”ın görünməyən tərəfi - Əslində, nə baş verdi?

Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a Bakıda uduzan "Dinamo" (Kiyev) antirekorda imza atıb.

Paytaxt təmsilçisi 20 ildən sonra ilk dəfə avrokuboklarla erkən vidalaşıb.

Kiyev təmsilçisinin təsnifat mərhələsində mübarizəni tez dayandırması son olaraq 2005/2006 mövsümünə təsadüf edib. "Dinamo" İsveçrənin "Tun" kollektivinə iki görüşün nəticəsinə əsasən uduzub - 0:1, 2:2.

O vaxtdan etibarən Ukrayna klubu avrokuboklarda ən azı pley-offa qədər irəliləmişdi. "Qarabağ"a məölubiyyət bu seriyaya son qoyub.

Bundan əlavə, "Dinamo" 1992-ci ilsən sonra ilk dəfə avrokuboklarda birinci oyunda qalib gəlsə də, mərhələni keçə bilməyib. Əvvəlki 11 belə cəhd uğurlu alınıb.

Bakıda, əslində, nə baş verdi?

İlk oyunda 0:1 hesablı məğlubiyyətdən sonra Qurban Qurbanov sxemi: 4-2-3-1-i ciddi dəyişmədi. Əsas dəyişiklik oyunun intensivliyində, pressinqdə və topun hərəkət sürətində oldu.

Qurbanovun öz sözlərindən də görünürdü ki, məqsəd pressinqi daha düzgün qurmaq, topla daha sürətli və dəqiq oynamaq və “Dinamo”ya rahat top saxlamağa imkan verməmək idi.

Məncə, iki oyun arasındakı əsas fərq də məhz budur.

İlk oyunla müqayisədə nə dəyişdi?

İlk görüşdə “Qarabağ” topa daha çox sahib idi, çoxlu künc zərbəsi qazandı, amma hücumların böyük hissəsi steril top sahibliyinə çevrilirdi. Top var idi, ərazi üstünlüyü var idi, amma rəqib müdafiəsini yarmaq sürəti kifayət etmirdi.

“Dinamo” isə aşağı blokda müdafiə edir, “Qarabağ”ı önündə saxlayır və keçid hücumlarını gözləyirdi. Üstəlik, ikinci hissədə ukraynalılar iki dəfə demək olar ki, qapıçı ilə üzbəüz çıxdılar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti