«Qarabağ»la sağollaşan Abdullah Zubirin karyerasını harada davam etdirəcəyi dəqiqləşib.
Fransalı vinger bundan sonra Səudiyyə Ərəbistanında forma geyinəcək.
34 yaşlı sol cinah oyunçusu yerli klublardan biriylə 2 illik müqavilə bağlayıb.
2027-ci ilin yayınadək müqaviləsi olan fransalı vinger öz istəyi ilə «köhlən atlar»la vidalaşıb.
2018-ci ildə «Lans»dan gəlmiş sol cinah oyunçusu ilə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.
Beləcə, bu yay «Qarabağ»ı tərk edən futbolçuların sayı 10-a çatıb.
Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade və Kamilo Duran «Qarabağ»dan gedib.
SPORTİNFO.AZ
