“Qarabağ” əsas heyətə düşməyən əcnəbini bu kluba icarəyə verəcək?

15 Avqust 23:20 Qarabağ 258
“Qarabağ” əsas heyətə düşməyən əcnəbini bu kluba icarəyə verəcək?

“Qarabağ”ın legioneri Jeremi Qnali karyerasını başqa klubda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, sol cinah müdafiəçisinin daha çox oyun dəqiqəsi alması üçün hansısa kluba icarəyə yollanması da ehtimal edilir.

Qnalinin xidmətində maraqlı olan Azərbaycan və Avropa klubları var. Onun mövsümün yarısını icarə əsasında başqa komandada keçirmək ehtimalı aşağı deyil.

Əgər tərəflər arasında razılıq olarsa, onun icarəyə göndərilməsi mümkündür.

Fransızın israrla istəyən klublar arasında “Omoniya" (Aradippu) var. Onun "Qarabağ"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 18:10 Çək və bizə göndər!