"Sumqayıt"da hər kəs "Qarabağ"a görə səfərbər oldu - Problem həllini nə vaxt tapacaq?

19:00 Qarabağ 180
"Sumqayıt"da hər kəs "Qarabağ"a görə səfərbər oldu - Problem həllini nə vaxt tapacaq?

"Sumqayıt"ın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan uzaq düşməsinin ömrü qısa olacaq.

Bildiyiniz kimi, arenanın ot örtüyü yenilənir.

Bu səbəbdən klub Premyer Liqada yeni mövsümün "Neftçi" ilə ilk matçını şəhərin digər idman qurğusu olan "SOCAR POLMYER Arena"da keçirəcək.

Rəsmilər burada uzun müddət qalmağı düşünmür.

Əsas stadionda yenilənmə işləri gücləndirilib.

Məqsəd növbəti ev matçını məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməkdir.

Qayıdışa bu qədər can atmaq heç də səbəbsiz deyil.

Çünki növbəti ev oyununda rəqib "Qarabağ"dır.

Klub yaxşı anlayır ki, həmin qarşılaşmaya maraq böyük olacaq.

Əvvəlki illərdə olduğu kimi, bilet satışından da müəyyən məbləğ qazanmaq imkanlarlı var.

Son anda hər hansı problem çıxmazsa, "Gənclik şəhəri" təmsilçisi üçüncü tura təsadüf edəcək "Qarabağ"la görüşü əsas meydanında keçirəcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti