Rəşad Sadıqov istəmədi, ölkə çempionu ilə anlaşdı

15 Avqust 23:00 Zirə 3 229
Rəşad Sadıqov istəmədi, ölkə çempionu ilə anlaşdı

“Zirə”dən ayrılan daha bir futbolçunun gələcək taleyi məlum olub.

Ukraynalı Eldar Quliyev Gürcüstan çempionu ilə anlaşıb.

2025-ci ildə ölkə çempionu olmuş “İberiya 1999” Ukrayna vətəndaşlığını daşıyan 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlayıb.

Tərəflər arasıda 1 illik razılaşma əldə olunub.

2023-cü ilin yanvarından “Zirə”nin formasını geyinmiş Eldar Quliyev 3,5 il ərzində bütün turnirlərdə meydana çıxdığı 94 qarşılaşmada 2 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM