“Qarabağ”ın yarımmüdafiəçisi Jali Muaddib Kiyev “Dinamo”su üzərində qələbədən danışıb.
Sportinfo.az xəbər verir ki, fransalı Konfrans Liqasında dünən əldə edilən 2:0 hesabını şərh edib:
“Ümumiyyətlə, oyunla bağlı düşüncələrim və keçirdiyim hisslər çox xoşdur. Biz göstərdik ki, həqiqətən də güclü komandayıq.
Təkcə ayaqla yox, eyni zamanda başla da oynamağı bacarırıq.
Bu gözəl atmosferdə, belə gözəl stadionda oynamaq çox xoş və zövqvericidir. Yalnız xoş sözlər deyə bilərəm”.
