Nəriman Axundzadəyə Erzurumun məşhur restoranında nə yedizdirdilər?

14:00 Bizimkilər 142
Nəriman Axundzadəyə Erzurumun məşhur restoranında nə yedizdirdilər?

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu “Erzurumspor”da diqqət mərkəzinə düşüb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu meydandakı oyunu yox, ondan kənardakı hərəkəti ilə diqqət çəkib.

Belə ki, forvard komandanın məşqindən dərhal sonra şəhərin məşhur restoranlarından birində görüntülənib.

Bildirilir ki, 22 yaşlı oyunçu bir müddətdir maraqlandığı Erzurumun məşhur cağ kababını, nəhayət ki, dadıb.

O, hətta müqavilə imzalamazdan əvvəl sosial media hesabında paylaşdığı videoda da bunu bildirmişdi: “Həm qollarımı vurmağa, həm də cağ yeməyə gəlirəm”.

Futbolçu məşqdən sonra klubun bazasında yemək əvəzinə tərcüməçi ilə birlikdə restorana gedib.

Digər Xəbərlər
Xəbər Lenti