Daha üç azərbaycanlı Avropa çempionatında mərhələ adladı

03:10 Boks 82
Daha üç azərbaycanlı Avropa çempionatında mərhələ adladı

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb.

Boksçularımızdan daha üçü çempionata qələbə ilə start veriblər.

Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb.

Təmsilçimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, 1/8 finalda Doryan Kropoqla (Çexiya) döyüşəcək.

Şahin Aslanov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb.

Boksçumuz startda Oskar Stili (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:0 (28:28, 29:27, 29:27, 28:28, 29:27). Milli üzvü 1/8 finalda Muhammad Ali Seferbekovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Adil Zalova (75 kq) isə mərhələ adlamağa cəmi 2 dəqiqə 11 saniyə kifayət edib.

O, ilk raundda Axillas Kaloqeridis (Yunanıstan) üzərində tam üstünlüklə qələbə qazanıb. Boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan Andrey Noviklə (Belarus) qüvvəsini sınayacaq.

Hər 3 görüş avqustun 16-da keçiriləcək.

Çempionatın ilk günündə də millimizin 3 boksçusu qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 18:10 Çək və bizə göndər!