Macarıstan çempionatında 4-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” səfərdə "Nyiregyhaza"nın qonağı olub.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Anatoli Nuriyev matçın ehtiyat oyunçular skamyasında yer alıb və 57-ci dəqiqədə meydana daxil olub. O, komandasının yeganə qolunu vuraraq fərqlənib.
Bu nəticədən sonra "Kişvarda" 4 xalla 8-ci pillədə yer alıb.
"Nyiregyhaza" - "Kişvarda" 2:1
Qollar: J.Batoum, 45, M.Kvasina, 90+1 - A.Nuriyev, 82
