COP29

Şahruddin yaxından tanıyın – Mokasin, BMW, xəngəl, Qvardiola

25 Avqust 23:20 Maraqlı 3 214
Şahruddin yaxından tanıyın – Mokasin, BMW, xəngəl, Qvardiola

“Adana Demirspor”dan ayrılaraq “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyev Rusiyada müsahibə verib.

Təcrübəli qapıçısı həmyerlimiz Anar İbrahimovun aparıcısı olduğu və internet üzərindən yayımlanan “Topu çıxar” adlı verilişdə qonaq olub.

Məhəmmədəliyev geniş videomüsahibədə bir sıra maraqlı məqamlara aydınlıq gətirib, səmimi cavablarla diqqət çəkib.

Verilişin ən maraqlı hissələrindən biri müsahibin verilən sualları bir sözlə cavablandırması rubrikası olub ki, millimizin də şərəfini qoruyan səbəbkarın cavabları diqqət çəkib.

- Ən böyük üstünlüyün nədir?

- Xarakterim.

- Bəs, özündə bəyənmədiyin cəhət?

- Çılğınlığım.

- Balotellidən nə öyrənmək olar?

- Vecsizliyi.

- Futbol sözü kiminlə əlaqələndirilir?

- (bir qədər düşünəndən sonra) Qvardiola.

- Türkiyə sənin üçün nə deməkdir?

- Adana.

- Bəs Bakı?

- “Qarabağ”.

- Dağıstan necə?

- Ailə.

- 10 ildən sonra kim olmaq istəyirsən?

- Yararlı.

- Telefonda ən bahalı kontakt?

- Anam. Və atam. Yoxsa atam öldürər məni (gülür).

- Moskvada ən yaxşı yer?

- Ev.

- Son 10 ildə postsovet ölkərində yetişmiş ən yaxşı futbolçu?

- Kvaratsxeliya (Xviça Kvaratsxeliyanı nəzərdə tutur – H.).

- Ən yaxşı futbolu dünyanın harasında oynayırlar?

- Madriddə.

Şahruddin başqa bir rubrikada iki variant arasından seçim etmək məcburiyyətində qalıb.

- Çay, yoxsa kofe?

- Çay.

- BMW, yoxsa “Mercedes”?

- BMW.

- Azərbaycan çempionu olmaq, yoxsa başqa komandada Nani və Balotelli ilə oynamaq?

- Nani və Balotelli ilə oynamaq.

- 1 dəfə 0:5 , yoxsa 5 dəfə 0:1 hesabı ilə uduzmaq?

- 1 dəfə 0:5.

- Futbol, yoxsa MMA?

- Təbii ki, futbol.

- Donnarumma, yoxsa Safonov?

- Safonov.

- Çudu, yoxsa xəngəl?

- Xəngəl.

- Aralıq, yoxsa Xəzər dənizi?

- Xəzər dənizi.

- Mediafutbol yoxsa pop-MMA?

- Heç biri.

- Mokasin, yoxsa tərlik?

- Rəngi qırmızı olsa, mokasin (qəhqəhə çəkir).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti