Sabiq "Qarabağ"lılar bir araya gəldi - FOTO

30 Sentyabr 2022 19:00 Maraqlı 1 254
Sabiq "Qarabağ"lılar bir araya gəldi - FOTO

"Qarabağ"da karyerasının bir hissəsini oynamaq xoşbəxtliyi qismət olan futbolçulardan biri də Arif Daşdəmirov olub.

"İnter"dəki çıxışı ilə parlayan cinah müdafiəçisi 2016-2017-ci il mövsümün "ağdamlılar"da keçirib.

Milliləşdirilən dağıstanlı futbolçu hazırda Gürcüstanda yaşayır. Amma ölkədən kənarda olsa da, köhnə dostlarını unutmur.

Belə ki, veteran oyunçu sonuncu dəfə dünən sabiq "Qarabağ"lıları qiyabi olaraq öz başına yığıb.

Söhbət onun "Köhlən atlar"ın heyətində birgə çıxış etdiyi Əfran İsmayılov, Şahruddin Məhəmmədəliyev və Rahid Əmirquliyevdən gedir.

Votcapda görüntülü qrup yaradan sabiq komanda yoldaşlar bir xeyli dərtləşib, köhnə xatirələri yada salıblar.

Şahruddin indi də "Qarabağ"ın şərəfin qoruyursa, Əfran İsmayılov "Kəpəz"də, Rahid "Səbail"də çıxış edir.

Hazırda 35 yaşı olan Arif isə 2018-ci ildə karyerasın başa vurub. "Anji"nin yetirməsi ölkəmizdə "Şahdağ, "Qəbələ", "İnter", "Qarabağ", AZAL, "Masallı", MKT Araz, "Standart" və "Sumqayıt" kimi komandaların şərəfin qoruyub.

Azərbaycanın bütün aşağı yaş millilərində oynayan futbolçu əsas milli komanda da 13 oyunda meydana çıxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"