"Xəzər Lənkəran"la bağlı TARİXİ PAYLAŞIM - FOTO FAKT

28 Aprel 2022 19:40 Maraqlı 1 100
"Xəzər Lənkəran"la bağlı TARİXİ PAYLAŞIM - FOTO FAKT

2004-cü ildə yaradılan "Xəzər Lənkəran" qısa müddətdə böyük azarkeş kütləsinin sevgisini qazanmışdı.

Ölkə futboluna canlanma da daha çox məhz bu klubun sayəsində gəlmişdi.

Tərəfli-tərəfsiz hər kəsin "Xəzər"ə xüsusi simpatiyası vardı.

Amma cəmi 12 il sonra "Xəzər Lənkəran"ı sevən, ona simpatiya bəsləyən hər kəs üçün acı xəbər yayıldı.

Belə ki, 2016-cı ilin may ayında komandanın fəaliyyətini dayandırdığı rəsmi olaraq ictimaiyyətə elan olundu.

Həmin qara xəbərdən azalır 6 il keçsin, amma hələ də futbol ictimaiyyəti "ağ-yaşıl" formalı komandanı unutmur. Hər kəs ilk fürsətdəcə bu klubla bağlı xatirələrini bölüşür.

Məsələn, komandanın mətbuat katibi olmuş Hüseyn Cəbrayıloğlu kimi.

Belə ki, sabiq klub rəsmisi öz sosial şəbəkə hesabında etdiyi paylaşımda "Xəzər Lənkəran"ın son matçındakı görüşün qapı torundan saxladığı kiçik hissəni "Şəxsi arxivimdən. "Xəzər Lənkəran"ın 2016 cı ildə son ev oyunundan qalan qapı torunun bir hissəsi" başlığı ilə izləyiciləri arasında bölüşüb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"