Tanınmış şərhçi Rəşad Sadıqova dəvət haqda: "Onun tərəddüdü bir neçə gün davam etdi"

11 İyul 2021 11:40 Maraqlı 1 620
Tanınmış şərhçi Rəşad Sadıqova dəvət haqda: "Onun tərəddüdü bir neçə gün davam etdi"

Bu gün İtaliya - İngiltərə finalı ilə AVRO-2020-yə yekun vurulur.

Görüşün yayımlanacağı "İctimai" TV tamaşaçılara maraqlı sürpriz hazırlayıb.

Belə ki, həlledici qarşılaşmanı hər iki yığmaya qarşı oynamış, Azərbaycan millisində ən çox oyun keçirmiş sabiq kapitan, hazırda "Zirə"nin baş məşqçisi vəzifəsində çalışan Rəşad Sadıqov məşhur şərhçi Tural Dadaşovla birgə şərhdə olacaq.

Tanınmış şərhçi sabiq kapitana olunan gözlənilməz dəvətlə bağlı Sportinfo.az-a geniş açıqlama verib:

"Açığı, final olduğu üçün istədik ki, fərqli, xüsusi nəsə olsun. Təşəbbüs İctimai televiziyanın özündən - bizdən gəldi. Rəşad Sadıqovla danışdıq. Heç bir narazılıq olmadı. Müraciət etmişik, Rəşad da razılaşıb.

Düzü, tərəddüd edirdi. Bu bir neçə gün davam etdi və sonda razılaşdıq. Müraciət yarımfinaldan öncə olmuşdu. Hələ cavab deməmişdi.

Bəlkə də finalda İtaliya - İngiltərə kimi yaxşı afişa olmasaydı, Rəşad razılaşmazdı. Bəlkə də razılaşardı deyə bilmərəm. Amma razılığını yarımfinallardan sonra verdi.

Belə bir praktika dünyada da var. Rusiya və Türkiyə kanallarında özünüz də görmüsünüz.

Mən özüm Olimpiya oyunlarında digər idman növləri - cüdo, boks və güləşi mütəxəssislərlə birgə şərh etmişəm. Amma futbolda heç vaxt olmayıb. İlk dəfə futbolu mütəxəssislə bir yerdə şərh edəcəm.

Elə xırda nüanslar var ki, onu şərhçi görə bilmir. Amma illərdi idmanın içində olan mütəxəssislər bunu görə bilir. Bu əlavə üstünlükdür. Şərhçinin görə bilmədiyini onlar görə bilir.

Öyrəşdiyiniz şərh yox, şərhin analitika, təhlil hissəsi Rəşada aid olacaq".

Avropa çempionatının finalı sabah Londonun "Uembli" stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda