"Keşlə" liderlər qrupunda yer alan "Qəbələ"ni qəbul edəcək

15 Dekabr 2018 11:12 Layihə 492
"Keşlə" liderlər qrupunda yer alan "Qəbələ"ni qəbul edəcək

Bu gün və sabah U-15 Liqasında 12-ci turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi oyunu «ASK Arena»nın 4-cü meydanında baş tutacaq.

Belə ki, «Keşlə» liderlər qrupunda yer alan «Qəbələ»ni qəbul edəcək. Bu tura kimi məğlub olmayan və qapısında cəmi 1 top görən «Qəbələ» oyunun favoriti sayılsa da, iddialı «Keşlə»nin də qalib gələcəyi gözləniləndi.

15 dekabr (şənbə)

14:00 «Keşlə» - «Qəbələ» («ASK Arena», 4-cü meydan)

15:30 «Neftçi» - «Neftçi» İK İB (Binə qəsəbə stadionu)

15:30 «Sabah» - İsgəndər Cavadov BFA («Neftçi Baza»)

17:00 «Səbail» - «Xilə» («Bayıl Arena»)

16 dekabr (bazar)

14:00 «Sumqayıt» - «Mil-Muğan» (Sumqayıt, «Kapitalbank Arena»)

14:00 Gəncə TİM – «Zaqatala» (Gəncə TİM-nin meydanı)

15:30 «Qarabağ» - «Zirə» («Sərhədçi» OİK-nin meydanı)

Cəza səbəbindən turu 2 futbolçu buraxacaq: Uğur Abbasov (İsgəndər Cavadov BFA), Şahmar Aşurov («Sabah»).

Bombardirlər: Şahmar Aşurov («Sabah»), Oruc Məmmədov («Neftçi») – 23 qol.

«Het-trik news» qəzeti

Store Neftchi
Xəbər Lenti