U-15 Liqası: "Qarabağ" İmişlidən 3 xalla qayıdır

8 Dekabr 2018 09:00 Layihə 511
U-15 Liqası: "Qarabağ" İmişlidən 3 xalla qayıdır

U-15 Liqasında 11-ci tura start verildi.

İlk oyun günü cəmi 1 qarşılaşma gerçəkləşdi.

«Qarabağ» İmişlidə «Mil-Muğan»ın qonağı oldu və 3 xalı 4 qolla qazandı. Xəyal Həsənovun yetirmələrindən Nəriman Axundzadə, Rəvan Əvəzov, Cəfər Hüseynov və Cahandar Əliyev fərqləndilər.

Turun qalan 7 oyunundan 6-ı sabah, 1-i isə bazar gününə təyin olunub. Ən çox maraq doğuran qarşılaşma – «Qəbələ» - «Sabah» oyunu da məhz şənbə günü keçiriləcək.

08 dekabr (şənbə)

12:00 «Qəbələ» - «Sabah» (Qəbələ şəhər stadionu)

14:00 «Neftçi» - «Zaqatala» (Lökbatan OİK-nin meydanı)

14:00 «Sumqayıt» - Gəncə TİM (Sumqayıt, «Kapitalbank Arena»)

15:00 «Xilə» - «Neftçi» (Şağan OİK-nin meydanı)

15:00 «Zirə» - «Keşlə» (Aviasiya Akademiyasının stadionu)

09 dekabr (bazar)

15:30 İsgəndər Cavadov BFA – «Səbail» (Abşeron OİK-nin meydanı)

Bombardirlər: Şahmar Aşurov («Sabah») – 23 qol, Oruc Məmmədov («Neftçi») – 22 qol.

«Het-trik news» qəzeti

Store Neftchi
Xəbər Lenti