"Qəbələ" ilə "Neftçi" 3 xal uğrunda mübarizə aparacaq

8 Dekabr 2018 08:48 Layihə 517
"Qəbələ" ilə "Neftçi" 3 xal uğrunda mübarizə aparacaq

Sportinfo.az xəbər verir ki, bu gün U-17 Liqasında 11-ci tura start veriləcək.

Bazar günü yekunlaşacaq turda hər gün 3 qarşılaşma baş tutacaq.

Turun mərkəzi oyunu Qəbələdə oynanılacaq. Burada liderlər qrupunda yer alan «Qəbələ» ilə «Neftçi» 3 xal uğrunda mübarizə aparacaq.

08 dekabr (şənbə)

13:00 «Sabah» - «Səbail» (Binə qəsəbə stadionu)
14:00 «Qəbələ» - «Neftçi» (Qəbələ şəhər stadionu)
14:00 «Mil-Muğan» - «Tufan» (İmişli şəhər stadionu)

09 dekabr (bazar)

13:00 «Qarabağ» - «Xəzər Lənkəran» (Binə qəsəbə stadionu)
14:00 «Sumqayıt» - «Neftçi» İK İB (Sumqayıt, «Kapitalbank Arena»)
15:00 «Zirə» - «Keşlə» (Aviasiya Akademiyasının stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçular: Cahid Vəliyev («Qarabağ»), Nazim Həsənzadə («Qəbələ»).

Bombardir: Emil Quluzadə («Neftçi») – 13 qol.

«Het-trik news» qəzeti

Store Neftchi
Xəbər Lenti