"Sabah" liderliyə yüksəldi

3 Dekabr 2018 16:36 Layihə 618
"Sabah" liderliyə yüksəldi

U-17 Liqasında 10-cu turun oyunları keçirildi.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Binə qəsəbə stadionunda oynanıldı.

1-2-ci yerdə qərarlaşan və eyni xala malik «Neftçi» ilə «Sabah»ın oyununda qonaqlar 3 xala sevindilər və şəriksiz liderə çevrildilər. «Neftçi» isə cari çempionatda ilk məğlubiyyətini aldı.

Bu matçdan 1 gün sonra «ASK Arena»da baş tutan «Keşlə» - «Qəbələ» oyunu da az maraq doğurmurdu.

Bu dəfə də qonaqlar qalib gəldilər. Yeri gəlmişkən, 3 tur əvvəl 1-ci yerdə qərarlaşmış «Keşlə» ardıcıl 3 oyunda məğlub olmaqla artıq, 6-cı pilləyə yuvarlanıb.

«Səbail» - «Qarabağ» 0:2
Qollar
: Tohid Abdullazadə, 67; Raul Məmmədov, 82

«Neftçi» İK İB – «Zirə» 1:1
Qollar:
Cavad Paşayev, 60 – Həzrət İsayev, 73

«Keşlə» - «Qəbələ» 0:1
Qol:
Emil Səfərov, 40

«Xəzər Lənkəran» - «Mil-Muğan» 3:1

«Neftçi» - «Sabah» 1:2

«Tufan» - «Sumqayıt» 1:5

U-17 Liqasında 11-ci turun oyunları dekabrın 8-də keçiriləcək və bununla da təxirə salınmış oyunları nəzərə almasaq, 1-ci dövrəyə yekun vurulacaq: «Sabah» - «Səbail», «Qəbələ» - «Neftçi», «Zirə» - «Keşlə», «Sumqayıt» - «Neftçi» İK İB, «Mil-Muğan» - «Tufan», «Qarabağ» - «Xəzər Lənkəran».

Bombardir: Emil Quluzadə («Neftçi») – 13 qol.

«Het-trik news» qəzeti

Store Neftchi
Xəbər Lenti