"Zirə"yə "Vətən" dağı - FOTO

15 May 2018 18:00 Layihə 1 446
"Zirə"yə "Vətən" dağı - FOTO

Bu gün “Boulevard U-15 Liqası"nda 23-cü turdan təxirə salınmış oyun keçirildi.

«Vətən» «Neftçi Baza»da «Zirə»ni qəbul etdi.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Yeganə qolu 4-cü dəqiqədə «Vətən»in hücumçusu Şahin Kərimli vurdu.

Qələbə «Vətən»in çempionluğa 1 addım da yaxınlaşdırdı. Qızıl medallar üçün İlqar Mənsimovun komandasına «Qarabağ»la oyunda 1 xal da bəs edəcək.

Əgər 26-cı turlardan təxirə salınmış «Neftçi» - «Qəbələ» oyununda qonaqlar qalib gəlməsə, o halda «Vətən» 1-ci yeri vaxtından əvvəl təmin edəcək.

«Neftçi» - «Qəbələ» matçı sabah Binə qəsəbə stadionunda keçiriləcək. Qarşılaşmaya 15:00-da start veriləcək.

Yeri gəlmişkən, «Vətən»in qələbəsi «Keşlə» üçün düşərli oldu. Bu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq 3-cü yeri qarantiyaya aldı.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti