"Zaqatala" çox çalışsa da...

14 May 2018 08:24 Layihə 945
"Zaqatala" çox çalışsa da...

Dünən “Boulevard U-15 Liqası"nda 29-cu tura yekun vuruldu.

Turun qapanış matçında «Zaqatala» Sumqayıtı təmsil edən İOEUGİM-ni qəbul etdi.

Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatdı. Oyunda hesabı 7-ci dəqiqədə İOEUGİM-in futbolçusu Sabir Quliyev açdı. Fasilədən sonra 5-ci dəqiqədə Vüqar Məmmədli penaltidən hesabı bərabərləşdirsə də, «Zaqatala» qalan vaxtda qapısında daha 2 qol gördü.

Qonaqların heyətində 57-ci dəqiqədə Ömər Əhmədli, 66-cı dəqiqədə isə Dünyamalı Sevdimalıyev fərqləndilər. Qələbə Sumqayıt təmsilçisini turnir cədvəlində 1 pillə yüksəlti. İOEUGİM «Turan»la yerini dəyişdi.

«Zirə» - «Keşlə» 0:1

«Turan» - «Neftçi» İK İB 0:3

«Vətən» - «Neftçi» 4:0

«Səbail» - «Qəbələ» 2:2

«Sumqayıt» - «Kəpəz» 0:1

«Viləş» - «Qarabağ»

«Zaqatala» - İOEUGİM 1:3

U-15 Liqasında sonuncu – 30-cu turun oyunları mayın 19-20-də keçiriləcək: «Qəbələ» - «Viləş», «Qarabağ» - «Vətən», «Neftçi» - «Turan», «Neftçi» İK İB – «Sumqayıt», «Kəpəz» - «Zaqatala», İOEUGİM (Sumqayıt) – «Zirə», «Keşlə» - İsgəndər Cavadov BFA. Qeyd edək ki, həftə içi təxirə salınmış «Vətən» - «Zirə» (23-cü tur) və «Qəbələ» - «Neftçi» matçları keçiriləcək. Oyunların başlama vaxtı barədə əlavə məlumat verəcəyik.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti