Mayın 7-də “Bakcell U-17 Liqası"nda 31-ci turun oyunları keçirildi.
Tur çərçivəsində «Səbail» «Bayıl Arena»da «Neftçi»ni qəbul etdi.
Gərgin mübarizə şəraitində keçən oyunda «Səbail» 3:0 hesabı ilə qalib gəldi. Rəhim Həsənovun hələ 1-ci hissənin gedişində «Neftçi»nin 2 futbolçusunu meydandan qovduğunu da qeyd etməliyik.
Həmin qarşılaşmadan fotoreportajı təqdim edirik.
"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

